Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Yaponiya 80 ölkəyə koronavirus dərmanı göndərəcək-PULSUZ

 

 Koronavirusa qarşı effektivliyi sübut edilən və Yaponiya istehsalı olan “Avigan” dərmanı üçün 80 ölkə müraciət göndərib.

Yenixeber.org: Bu barədə ölkənin Xarici İşlər naziri Tosimitsu Moteqi danışıb.

Nazir bildirib ki, dərman ilk mərhələdə müraciət daxil olan 43 ölkəyə göndəriləcək. İxrac Birləşmiş Millətlər Təşkilatı vasitəsilə həyata keçiriləcək. Dərmanı təhvil alan ölkələr kliniki araşdırma nəticələrini Yaponiya ilə bölüşəcək.

Qeyd edək ki, daha əvvəl Yaponiya “Avigan”ı pulsuz ixrac edəcəyini açıqlamışdı.

Hazırda koronavirusun müalicəsində “Remdesivir” və “Hidroksiklorokin” adlı dərmanlardan da geniş istifadə olunur.

“Avigan” nədir?

“Fujifilm” qrupunun şirkətlərindən olan “Toyama Chemical Co. Ltd.” tərəfindən qripə qarşı istehsal edilən “Avigan” tabletinin COVID-19 simptomlarını aradan qaldırdığı bildirilir. Çinli araşdırmaçılar virusun müalicəsində dərmanın effektiv olduğunu kliniki araşdırmalarla ortaya qoyub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam