Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ermənistanda-koronavirus xəstələrinin vəziyyəti ağırlaşdı

 

 

Ermənistanda koronavirusa yoluxmuş 35 pasiyentin vəziyyəti son dərəcə ağırdır, onlardan 9-u süni nəfər aparatına qoşulub.

Yenixeber.org: Bu barədə ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib.

"Bu gün 65 koronavirus xəstəsi ağır vəziyyətdədir. Onlardan 35-nin vəziyyəti son dərəcə ağırdır. Xəstələrdən 9-u süni nəfər aparatına qoşulub", - nazir “facebook”da canlı yayımda deyib.

Onun sözlərinə görə, bu, hələlik səhiyyə sistemi üçün çox böyük yüklənmə deyil.

Ermənistanda koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə martın 16-dan mayın 14-dək fövqəladə vəziyyət elan edilib. Son məlumatlara görə, ölkədə koronavirusa 2 386 yoluxma aşkarlanıb, COVID-19-a yoluxmuş 1 035 nəfər sağalıb, 35 pasiyent ölüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam