Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Milli Məclis - yeni hakim təyinatlarını təsdiqlədi

Milli Məclis yeni hakim təyinatlarını təsdiqlədi
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələyə baxılıb.

Yenixeber.org: Prezident İlham Əliyev Ali Məhkəməyə bir neçə hakim təyin edilməsi barədə Milli Məclisə təqdimat göndərib.
İclasda Bakı Apellyasiya Məhkəməsinin hakimləri – Kəmalə Abiyeva, Zaur Əliyev, Vüqar Həsənov, Abidin Hüseynov, İsmayıl Xəlilov, İlham Əhmədov, Elşad Şamayevin, Gəncə Apellyasiya Məhkəməsinin hakimi - İspəndiyar Şəfiyevin, Şirvan Apellyasiya Məhkəməsinin hakimi – Fehruz Abbasovun, Şəki Apellyasiya Məhkəməsinin hakimi – Mübariz Hüseynovun Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Bundan əlavə, iclasda Çingiz Əsgərov, Bəhman Qəribov və Bəhram Məmmədlinin də Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələ müzakirə edilib.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam