Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Hacıqabul Sənaye Məhəlləsinin ərazisi genişləndirilir - SƏRƏNCAM

Prezident İlham Əliyev "Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi haqqında" sərəncam imzalayıb.

Yenixeber.org: Qərar ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə verilib.

Sənədlə Nazirlər Kabinetinə Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətinin genişləndirilməsi üçün Hacıqabul rayonu ərazisində 40 hektar torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilərək, sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək bu sərəncamda nəzərdə tutulmuş torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsini üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Sənədə əsasən, İqtisadiyyat Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Hacıqabul Rayon İcra Hakimiyyətinə bu sərəncamda nəzərdə tutulmuş torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırmaq tapşırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam