Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bu qitədə COVID-19-a yoluxma hallarının sayı Avropanı ötdü

 

 

Dünyada koronavirusa yoluxanların sayı 4 170 424 nəfərə çatıb.

Yenixeber.org: Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, son bir gün ərzində dünyada koronavirusa daha 81 577 yoluxma qeydə alınıb, COVID-19-dan ölənlərin sayı 287 399 nəfərdir. Son bir gün COVID-19-dan ölənlərin sayı daha 4 245 nəfər artıb.

Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb. 

Köhnə qitədə yeni virus 1 780 316 nəfərdə aşkarlansa da, Amerika qitəsində bu rəqəm 1 781 564 nəfər təşkil edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam