Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Sarkisyanın kürəkəninə yeni cinayət işi açıldı

 

 Ermənistan Xüsusi İstintaq Xidməti ölkənin Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyana qarşı yeni cinayət işi açıb.
Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, işin başlanmasına səbəb sahibkar Manvel Ter-Arakelyanın “Facebook” paylaşımı olub.

Sahibkar Serj Sarkisyanın köməyi ilə Minasyanın ona məxsus 500 min dollar dəyərində kafeni ələ keçirdiyini bildirib. İş adamı ona ümumilikdə 1,94 milyard dram (3.9 milyon dollar) zərər dəydiyini açıqlayıb.

Sarkisyanın kürəkəninə ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə faktı üzrə cinayət işi açılıb.

Xatırladaq ki, Minasyana artıq qeyri-qanuni yolla var-dövlət əldə etmək, çirkli pulların yuyulması, gəlir hesabatında saxta məlumatlar verməsi ilə bağlı cinayət işi açılıb. Məhkəmə Minasyanın həbsinə qərar verib, lakin o, hazırda Ermənistandan kənarda olduğu üçün barəsində axtarış elan edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam