Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Ermənistanda -koronavirusa yoluxanların sayı 5 271-ə yüksəlib, 67 nəfər ölüb

Ermənistanda daha 230 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb.

Yenixeber.org: Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 5 271-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 67-ə çatıb.

Ötən sutkada ölənlər 78, 65 və 68 yaşlı kişilərdir. Onların hər üçündə xronik xəstəliklər olub. 

Bildirilib ki, indiyədək 2 419 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 758 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,9 milyonu ötüb. Bunların 1,9 milyon nəfərdən çoxu sağalıb, 325 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam