Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

İranda-koronavirusdan ölənlərin sayı 7 300 nəfərə çatıb

 

İranda koronavirusa yoluxanların sayı artıb.

Yenixeber.org: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur daha 2 311 nəfərdə koronavirus aşkarlandığını və bununla da yoluxma faktlarının sayı 131 652-yə çatdığını açıqlayıb.

Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 51 nəfər artaraq 7 300 nəfərə yüksəlib.

O həmçinin 2 659 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Bundan başqa, indiyədək 102 276 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,2 milyonu ötüb. Bunların 2 milyon nəfərdən çoxu sağalıb, 335 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam