Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Koronavirus pandemiyasının yeni episentri məlum oldu

 

“Cənubi Amerika koronavirus pandemiyasının yayılmasının yeni episentri oldu. Braziliya infeksiyadan ən çox zərər çəkən ölkədir”.

Yenixeber.org: RİA “Novosti” xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan deyib.

"Cənubi Amerika xəstəliyin yeni episentridir. Biz Cənubi Amerikanın bir çox ölkələrində yoluxmaların sayının artdığını görürük", - Rayan bildirib.

O qeyd edib ki, ÜST-ün ən böyük narahatlığına Braziliyadakı vəziyyət səbəb olur.

Təşkilatın məlumatına görə, bu ölkədə virusa yoluxanların sayı 300 min nəfərə yaxınlaşır. Xəstələrin əksəriyyəti San-Paulu ştatının payına düşür.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam