Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İcra başçısı məhkəməyə verildi - SƏBƏB

İcra başçısı məhkəməyə verildi  - SƏBƏB

Turanə İmanova karantin dövründə heç bir səbəb olmadan işdən çıxarıldığını deyir 

Yenixeber.org: Hacıqabul Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçi psixoloqu İmanova Turanə Musəddin qızı icra başçısı Rüstəm Xəlilovu məhkəməyə verib.

Psixoloq icra başçısını onu işdən çıxardığına görə məhkəməyə verdiyini bildirib: "İcra başçısı Rüstəm Xəlilovu məhkəməyə verdim. Artıq Hacıqabul Rayon Məhkəməsində hakim Həmid Əzizovun sədrliyi ilə hazırlıq iclası keçilib. Növbəti məhkəməmiz iyunun 2-də olacaq. İddia ərizəmdə 15 min manat təzminat, itirilmiş iş günlərimin əmək haqqısını və işə bərpanı tələb edirəm". 

O deyib ki, məsələ mətbuatda işıqlandırılandan sonra icra başçısı ona və ailəsinə təzyiq etməyə başlayıb: "Mənə və ailəmə qarşı təzyiqlərə başlayıblar. Bu gün Salyan Regional Əmək Müfəttişliyindən də cavab gəlib və məni Şirvan Şəhər Əmək Müfəttişliyinə dəvət ediblər. Mən tapdanmış haqqımın bərpasını tələb edirəm”.

Xatırladaq ki, Hacıqabul Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçi psixoloqu İmanova Turanə Musəddin qızı karantin dövründə heç bir səbəb olmadan işdən çıxarıldığını deyir.

O bununla bağlı mayın 9-da prezident İlham Əliyevə müraciət edib və icra başçısını məhkəməyə verib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam