Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Almaniyada-koronavirusa yoluxanların sayı 178,3 minə çatır

 

Almaniyada koronavirusa bir gündə 431 yoluxma halı qeydə alınıb.

Yenixeber.org: RİA "Novosti" agentliyi xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox institutu bildirib.

Qeyd edilir ki, ötən sutka ərzində ölkədə daha 31 insan virusdan ölüb.

İnstitutun məlumatına görə, AFR-də bütün pandemiya ərzində koronavirusa 178 281 yoluxma qeydə alınıb, ümumilikdə virusa yoluxmuş 8 247 pasiyent ölüb.

Ölkədə COVID-19-a ən çox yoluxma Bavariyada qeydə alınıb. Burada 46 206 nəfərin virusa yoluxması təsdiqlənib. Şimali Reyn-Vestfaliyada 37 223, Baden-Vürtemberqdə 34 399 nəfər koronavirus daşıyıcısıdır. Berlində virusa 6 637 yoluxma qeydə alınıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirusa demək olar 5,4 milyon insan yoluxub, 343,5 min pasiyent virusun qurbanı olub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam