Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Nyu-Yorkda-koronavirus qurbanlarının sayı 23,3 minə çatır

 

Ötən gün ərzində ABŞ-ın Nyu-York ştatında koronavirus qurbanlarının sayı yenidən 100-ü ötərək 109 nəfər təşkil edib.

Yenixeber.org: Bu barədə ştatın qubernatoru Endrü Kuomo keçirdiyi mətbuat konfransında deyib. 

Əvvəllər Nyu-Yorkda digər ştatlarla müqayisədə koronavirusla bağlı vəziyyət daha pis idi. Ştatda bir gün ərzində 700-dən çox insan ölür, xəstəxanalara 3 000-dən çox insan yerləşdirilirdi.

Qubernatorun sözlərinə görə, xəstəxanalara cümə günü 200-dən bir qədər çox pasiyent çatdırılıb.

"Ölümlərin sayı yenidən sırçradı, bu, dəhşətli xəbərlərdir. Amma bütovlükdə tendensiya hələ müsbətdir. Biz yaxınlarını itirən 109 ailə ilə bağlı dua edirik", - Kuomo deyib.

Ştatda koronavirusdan ümumilikdə 23 282 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada indiyədək koronavirus infeksiyasına yoluxanların sayı 5,4 milyonu ötüb. Bunların 2,2 milyon nəfərdən çoxu sağalıb, 344 mindən çox insan ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam