Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Almaniya:"Trampın ÜST-lə əlaqələri kəsmək qərarı məyusedicidir"

Almaniya ABŞ prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əlaqələri kəsmək qərarını “məyusedici” adlandırıb.

Yenixeber.org: Bu barədə Almaniyanın Səhiyyə naziri Jens Spahn “Twitter” hesabında qeyd edib.

Səhiyyə naziri hər hansı dəyişiklik üçün ÜST-ün islahata ehtiyacı olduğunu bildirib.

Spahn Trampın son hərəkətini beynəlxalq səhiyyə üçün məyusedici geriləmə kimi xarakterizə edib: “Avropa İttifaqı aparıcı rolu götürməli və daha çox maliyyə dəstəyi verməlidir. Almaniyanın Aİ-yə sədirliyi dövründə bu, bizim əsas prioritetlərimizdən biri olacaq”, nazir əlavə edib.

Qeyd edək ki, Prezident Donald Tramp mayın 29-da keçirdiyi mətbuat konfransında ABŞ-ın ÜST ilə əlaqələrini kəsdiyini bəyan edib və bu addımın ÜST-ün ilkin mərhələdə COVID-19-a qarşı mübarizədə kifayət qədər məsuliyyəli davranmaması ilə əlaqələndirib.

Xatırladaq ki, bir ay əvvəl Prezident Tramp ÜST-ə maliyyə yardımını dayandırıb. Mayın əvvələrində isə ÜST-ü Çinin  oyuncağı adlandıran ABŞ Prezidenti ÜST-də əsaslı islahatlar olmayacağı halda maliyyələşdirmənin dondurulmasının davamlı olacağını söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam