Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı-3 illik plan təsdiqləndi

Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı 3 illik plan təsdiqləndi
Nazirlər Kabineti “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nın təsdiq edib.
Yenixeber.org: Bununla bağlı Baş Nazir Əli əsədov sərəncam imzalayıb. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Daxili İşlər Nazirliyinə həvalə edilib.

Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin müəyyən edilmiş müddətlərdə icrasının təmin edilməsi üçün aidiyyəti qurumlar fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər həyata keçirsinlər və görülmüş işlər barədə yarımillik və illik məlumatları hesabat dövrü başa çatdıqdan sonrakı 10 (on) iş günü ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təqdim etsinlər.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə aidiyyəti qurumlardan daxil olmuş məlumatları ümumiləşdirərək, ildə 2 (iki) dəfə hesabat dövrü başa çatdıqdan sonrakı 1 (bir) ay ərzində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam