Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Azərbaycan vətəndaşları yayda Türkiyəyə istirahətə gedə biləcəklər" - Səfirlik

Sərhədlər açılan kimi, Azərbaycan vətəndaşları həm tibbi turizm, həm iş, həm də istirahət məqsədilə Türkiyəyə gedə biləcəklər.

Yenixeber.org: Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

“Hamımız pandemiya səbəbiylə bağlanmış sərhədlərin açılmasını gözləyirik. Sərhədlər açıldıqdan və uçuşlar bərpa olunduqdan sonra Türkiyəyə gedərkən karantinə salınmaq zərurəti olmayacaq, ancaq virusa qarşı mübarizə üzrə lazımi tədbirlər görüləcək”, - diplomatik nümayəndəlikdən bildirilib.

Səfirlikdən həmçinin o da vurğulanıb ki, Türkiyədə artıq şəhərlərarası nəqliyyat əlaqələrinə qoyulan məhdudiyyətlər aradan qaldırıldığından turistlərin ölkənin müxtəlif şəhərlərinə sərbəst şəkildə gedəcəklər.

Daha əvvəl Türkiyənin milli aviadaşıyıcısı olan “Türk Hava Yolları” (THY) şirkəti İstanbul-Bakı-İstanbul reysinin bərpa edilməsi ilə bağlı planlarını açıqlamışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam