Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Sankt-Peterburqda - təcili yardım işçilərinin 20 faizi koronavirusa yoluxub

Rusiyanın Sankt-Peterburq Şəhər Təcili Tibbi Yardım Xidmətinin hər 5 əməkdaşından 1-i koronavirusa yoluxub.

Yenixeber.org: Bu barədə Sankt-Peterburq hakimiyyətindən bildirilib.

Məlumata görə, bu səbəbdən, eləcə də şəhərdə yaranan ağır epidemioloji şəraitlə bağlı pasiyentlər təcili yardım xidmətini daha çox gözləyirlər.

Şəhərin səhiyyə üzrə komitəsinin tibbi ambulator yardım təşkilatının bölmə rəisi Larisa Solovyova bildirib ki, ötən il yüksək temperaturlu pasiyentlər yerində qalırdısa, indi qaydalara uyğun olaraq hospitala göndərilirlər.

Son 24 saatda Sankt-Peterburqda koronavirusdan ölənlərin sayı iki dəfə artaraq 55 nəfər olub.

Bu şəhərdə son sutkada 347 nəfər yoluxub. Onların sayı 18 169 nəfər çatıb. Virusun qurbanlarının ümumi sayı isə 346 nəfər olub.

Rusiyada son sutkada daha 8 855 nəfərdə COVID-19 diaqnozu aşkarlanıb. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 458 689 nəfərə çatıb. Son sutkada 197 nəfər ölüb və koronavirus qurbanlarının sayı 5 725 nəfərə yüksəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam