Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu həftə 3 gün sərt karantin rejimi tətbiq ediləcəkmi? - RƏSMİ AÇIQLAMA


İyunun 13, 14 və 15-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda növbəti sərt karantin qaydalarının tətbiq edilməsi barədə Baş nazir Əli Əsədovun adından yayılan məlumat həqiqətə uyğun deyil.

Yenixeber.org: Bunu açıqlamasında Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, bu barədə bəzi saytlarda yayılan məlumat həqiqəti əks etdirmir: "Bu günə belə bir qərar yoxdur, əgər belə bir şey olarsa rəsmi məlumat veriləcək".

Xatırladaq ki, bəzi saytlarda Baş nazir Əli Əsədovun adından məlumatlar yayılıb. Məlumatda bildirilir ki, guya ölkədə koronavirus infeksiyası kəskin yayıldığı üçün iyunun 13, 14 və 15-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda növbəti sərt karantin qaydaları tətbiq ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam