Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Hərbi ekspert:“Gürcüstan Azərbaycanla birgə “SU-25”lər istehsal edə bilər”

“Gürcüstan “SU-25” hücum təyyarələrinin istehsalını Azərbaycanla birgə inkişaf etdirə bilər”.

Yenixeber.org: Bunu hərbi ekspert Vaxtanq Maisaya “Rezonansi” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hərbi təyyarələrin istehsalının bərpası məsələsində Gürcüstanın Ukrayna ilə əməkdaşlıq edəcəyi ehtimal olunur: “Ukraynada aviasiya sahəsinin möhkəm təməli var. Bu sahə Azərbaycanla birgə də inkişaf etdirilə bilər. GUAM ölkələrinin potensialından da istifadə etmək mümkündür”.

Qeyd edək ki, Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili bu yaxınlarda “SU-25” hərbi təyyarələrinin ölkədə istehsalı, təmiri və bərpası üçün bütün texniki, intellektual və insan resurslarının olduğunu bildirib. Nazir deyib ki, müxtəlif ölkələr bu tip təyyarələrə böyük maraq göstərirlər.

Xatırladaq ki, SSRİ dövründə Tbilisi Aviazavodu fəaliyyət göstərib. Zavodda keçmiş sovet respublikalarındakı müəssisələrdən əldə edilən komplektlər əsasında aviatexnikaların yekun yığılması həyata keçirilib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam