Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Paşinyan da-Putinə “yox” dedi...


Ermənistan hökumətinin mətbuat xidməti Baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə göndərdiyi məktubun mətnini yayımlayıb.
Yenixeber.org: Ermənistan mətbuatına istinadən bildirir ki, məktubda Paşinyan Putinə II Dünya Müharibəsində qələbənin 75 illiyi şərəfinə təşkil olunan parad üçün Moskvaya uçuş edə bilməyəcəyindən təəssüfləndiyini bildirib.
“Bildiyiniz kimi, qələbənin 75 illiyi şərəfinə təşkil olunan parad üçün Moskvaya dəvətinizi məmnuniyyətlə qəbul etdim, amma sonradan məlum oldu ki, ölkədəki mövcud epidemioloji vəziyyət bu səfərə imkan vermir", - deyə, Paşinyan öz məktubda qeyd edib.
Paşinyanın məktubu yayımlandıqdan sonra onun sözçüsü Mane Gevorqyan Ermənistanın müdafiə naziri David Tonoyanın iyunun 24-də Moskvada eyni tədbirlərdə iştirak edəcəyini söyləyib.
Qeyd edək ki, iyunun 18-i Vladimir Putinlə telefonla danışan Azərbaycan Prezidenti İlham Əliyev də ölkədə tətbiq olunan karantin rejiminin uzadılması səbəbindən “Qələbə Paradı”nda iştirak edə bilməyəcəyini bildirib.
Onu da bildirək ki, ənənəvi olaraq 9 may tarixində Moskvadakı Qırmızı Meydanda təşkil edilən “Qələbə Paradı” koronavirus səbəbilə  iyunun 24-ə təxirə salınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam