Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qonşu ölkədə Njdenin qəbrinin götürülməsi tələb olundu

 

Rusiyanın Vladimir şəhər rəhbərliyindən nasist Almaniyasının silahlı qüvvələri daxilində erməni legionunun qurucularından birinin boş məzarının götürülməsi tələb olunub.

Yenixeber.org: Bu tələblə yerli “Stopfaşizm” vətəndaş təşəbbüs qrupu çıxış edib.

Qrupun tələb-müraciətində qeyd olunub ki, Qaregin Njdenin Vladimirin Mərkəzi qəbiristanlığındakı boş məzarı şəhərin və Rusiyanın erməni diaspora nümayəndələrinin mütəmadi iştirak etdiyi “anım mərasimləri”nin keçirildiyi bir yerə çevrilib.

Bundan əlavə, Ermənistan və Rusiyanın erməni diasporası tərəfindən turistlər üçün təşkil olunan Vladimir şəhərinin turlarına Qaregin Njdenin məzarının ziyarət edilməsi də daxil edilib. “Stopfaşizm” təşəbbüs qrupunun üzvləri Rusiyada erməni gəncləri arasında Njde və onun irqi üstünlük prinsiplərini təbliğ edən faşist ideologiyasının geniş yayıldığını bildiriblər.

Qeyd edək ki, Qaregin Njde 2-ci Dünya Müharibəsi illərində nasist Almaniyasının tərkibində erməni legionunun qurucusu olub. O, Şimali Qafqazda Sovet Ordusuna qarşı vuruşub. 1948-ci ildə nasist Almaniyasına havadarlıqda təqsirləndirilərək 25 il müddətinə azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb.(qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam