Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Tramp - ABŞ-da koronavirus vaksininin hazır olacağı vaxtı açıqladı

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlarda koronavirus vaksininin cari ilin sonuna kimi hazırlanacağını nəzərdə tutur.

Yenixeber.org: Bu barədə o, seçicilərlə “Fox News" telekanalı tərəfindən təşkil edilmiş görüşdə bildirib.

Prezidentdən ABŞ-da COVID-19 vaksininin hazırlanmasının hansı mərhələdə olduğu soruşulub. "Mən düşünürəm ki, bizdə bu məsələyə cavab çox sürətli olacaq. Düşünürəm ki, bu, hətta cari ilin başa çatmasına qədər olacaq", - dövlət başçısı cavab verib.

ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa demək olar, 2,4 milyon yoluxma qeydə alınıb, təhlükəli infeksiyadan 122,1 mindən çox insan ölüb.

ABŞ dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam