Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Polis -3 rayonda narkotacirlərə qarşı əməliyyat keçirdi

Polis 3 rayonda narkotacirlərə qarşı əməliyyat keçirdi
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş F.Abbasov saxlanılıb.
Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Lənkəran rayon sakini A.Qafarov da saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun evindən 3 kq 145 qram marixuana, 8 qramdan artıq heroin və 6 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Bundan başqa, Yevlax Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Köyük kənd sakini F.İbrahimovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu və 11 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Sabirabad RPŞ əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rüstəmli kənd sakini M.Mirzəlinin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 18 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam