Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Kür çayı quruyur, problemlər artır -VİDEO

 

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi xeyli azalıb, hətta həyətyanı sahələrdə su quyuları quruyub.

Yenixeber.org: Aran büromuz xəbər verir ki, 10 gün ərzində Kür çayında suyun səviyyəsi 1-1,5 metr aşağı düşüb. 

Artıq Kürdə də Kürlük qalmayıb. O vahiməli, coşub-daşan Kürə baxdıqda gölməçələr və kiçik adalar görünür. Vəziyyətin belə həddə olması su nasoslarına da öz təsirini göstərib. 

Demək olar ki, su nasosları indiki halda tam gücü ilə işləmir. Bu da Kürun suyundan suvarma üçün istifadə olunan rayonların ərazisində məhsuldarlığı aşağı salıb. 

Çayda suyun səviyyəsinin həddən artıq aşağı düşməsi su quyularına da təsirsiz ötüşməyib. Hətta həyətlərdə qazılmış su quyuları da quruyub.

Mütəxəssislərin fikrincə, Mingəçevir Su Anbarında suyun tənzimlənməsi problemi həll olunmayınca vəziyyət kritik olaraq qalacaq.(report)

 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam