Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

ASİM MOLLAZADƏ DTX-nin SAXLADIĞI QOHUMUNDAN DANIŞDI -XİN-nin İşlər İdarəsinin müdiri işləyirdi

“Fərhad Mollazadə ilə qohumluğumuz var. Lakin o, hökumətin adamıdır və bizim fərqli siyasi baxışlarımız olduğuna görə uzun müddətdir ki, əlaqəmiz yoxdur”. 

Yenixeber.org: Bu sözləri Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində ( XİN) həyata keçirdiyi anti-korrupsiya əməliyyatında saxlanılan nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə barəsində danışarkən bildirib.

Deputat qeyd edib ki, F.Mollazadə ilə qohum olsalar da, heç bir əlaqələri və münasibəti yoxdur, onun saxlanması xəbərini mediadan eşidib.

Qeyd edək ki, F.Mollazadə 2000-ci ildən Azərbaycan Memarlar İttifaqının vitse-prezidenti, 2007-ci ildən Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin katibidir.

DTX-nin saytında yerləşdirilən məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam