Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Serbiya komendant saatına keçir-xəstəxanalarda yer yoxdur

 

             

     Serbiyada koronavirusla bağlı vəziyyət gərginləşib.

Yenixeber.org: RİA “Novosti” xəbər verir ki, bunu Serbiya respublikasının prezidenti Aleksandr Vuçiç bəyan edib.

Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə ölkədə komendant saatı tətbiq ediləcək.

“Bu cümədən etibarən gələn həftənin birinci gününə qədər komendant saatı tətbiq ediləcək. Bundan əlavə, çərşənbə günündən etibarən həm qapalı, həm də açıq məkanlarda beş nəfərdən çox insanın toplaşması qadağandır. Hazırda 4 minə yaxın insan COVID-19-dan müalicə alır, paytaxt Belqradda isə tibb müəssisələri demək olar ki, doludur”.

Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, ötən gün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib. Bununla da pandemiya qurbanlarının sayı 330 nəfər çatıb.

İndiyədək ölkədə ümumilikdə 16 719 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam