Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya Gününün tarixi dəyişdirilə bilər -Putinə müraciət

Rusiya Gününün tarixi dəyişdirilə bilər -  Putinə müraciət
Prezident Vladimir Putinə Rusiya Gününün qeyd edilməsini 12 iyun tarixindən 1 iyula keçirilməsi barədə müraciət edilib.
Yenixeber.org: Belə bir təşəbbüslə Rusiya Federasiyasının İctimai Palatasının üzvü, Milli Valideynlər Komitəsinin sədri İrina Volnets çıxış edib.

Onun sözlərinə görə, iyunun 12-ni bir çox ruslar ölkənin müstəqilliyi ilə deyil, Sovet İttifaqının dağılması ilə əlaqələndirirlər.

"Rusiya vətəndaşlarının böyük əksəriyyətinin Konstitusiyaya düzəlişləri dəstəkləməsi ilə əlaqədar olaraq xahiş edirəm ki, hökumətə son tarixin təsdiqlənməsi barədə göstəriş verəsiniz. 1 iyul Rusiya Günü elan edilsin və bu tarix dövlət bayramı və istirahət günü olsun”, - deyə müraciətdə bildirilib.

Xatırladaq ki, Rusiya Konstitusiyasına dəyişikliklərlə bağlı referendum 1 iyulda keçirilib, 4 iyulda isə qüvvəyə minib. Ümumilikdə Konstitusiyaya 206 dəyişiklik edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam