Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İtaliyada koronavirusla bağlı sevindirici xəbər –137 gündən sonra ilk dəfə...


İtaliyanın Berqamoda şəhərində yerləşən xəstəxananın reanimasiya şöbəsində koronavirusdan müalicə alan xəstə qalmayıb.
Yenixeber.org: Xəstəxanada COVID-19 xəstəsi qalmadığı üçün 400-ə yaxın xəstəxana personalı əvvəlcə ölənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, sonra müvəffəq olduqları nəticəyə görə özlərini alqışlayıblar.

Berqamo ölkə üzrə ən çox yoluxma halı qeydə alınan 4-cü şəhər olub. COVID-19 diaqnozu qoyulan ilk xəstə sözügedən xəstəxanaya fevralın 23-də qəbul edilib. 137 gündən sonra ilk dəfə reanimasiya şöbəsinə COVID-19 xəstəsi daxil olmayıb. Berqamoda bu günə kimi 14 min 588 nəfərə COVID-19 diaqnozu qoyulub.
Digər tərəfdən, Səhiyyə Nazirliyinin açıqlamasında COVID-19-la bağlı yaydığı məlumatda, ölkədə son 24 saat ərzində 15 nəfərin öldüyü bildirilir. Epidemiyadan 4 ay ərzində ölənlərin ümumi sayı 34 min 914 nəfər olub. Eyni zamanda son 24 saat ərzində ölkədə 193 yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə COVID-19-a yoluxanların sayı 242 min 149-a çatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam