Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Karantin dövründə Qurban bayramı necə keçiriləcək? - VİDEO

 

 Qarşıdan Qurban bayramı gəlir. Bu bayram islam ölkələrində, o cümlədən Azərbaycanda geniş və təmtəraqlı qeyd olunur.

Yenixeber.org: Bu il bir çox bayramlar kimi, qurban bayramı da pandemiya dövrünə təsadüf edəcək. Burda əsas məsələ gigiyenik qaydalara, əsas da yoluxma riskinin az olması üçün sosial məsafəyə diqqət etməkdir. Qəssabların sözlərinə görə, bayramda ət kəsimi karantin şərtlərinə uyğun aparılacaq. Kütləvilik və anti-sanitar vəziyyətə şərait yaradılmayacaq. Qurbanı fərdi şəkildə kəsənlər şəxsi gigiyenaya diqqət yetirməklə ev şəraitində bunu həyata keçirə bilərlər.

Bəs onlayn şəkildə qurban ətini necə əldə etmək mümkündür?

Ekspertlər bu məsələdə mövcud təcrübədən yararlanmağı təklif edirlər.

Respublikanın Baş baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyir ki, əti əvvəlcədən market və ya ət kəsimi məntəqələrindən sifariş edərək, müəyyən olunan vaxtlarda da ət kəsimi məntəqəsinə yaxınlaşaraq sifarişi təhvil almaq daha məqsədəuyğundur. Həmçinin heyvan kəsimində iştirak edən hərkəs həkim müayinəsindən keçməlidir. Sağlamlıq sənədi olmayan şəxslər bu işin icrasından uzaqlaşdırılacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam