Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Ümid edirik ki, sentyabrda dərslərə əvvəlki formada başlayacağıq"


“Ali təhsil müəssisələrinin distant təhsili ilə bağlı çətinliklər bütün dünyada oldu. Heç bir ölkə pandemiyaya hazır deyildi”.
Yenixeber.org: Bunu "Pandemiya dövründə təhsil" mövzusunda onlayn konfransda Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. 
O qeyd edib ki, onlayn təhsil nə qədər yaxşı görünsə və pandemiyada ən vacib rolu olsa da üzbəüz təhsilin effektini vermir: “Biz bununla bağlı Təhsil Nazirliyi olaraq onlayn platformanın hazırlanmasını həyata keçirdik. Demək olar ki, universitetlərin hamısı bundan istifadə edib. Ayrı-ayrı universitetlər bazaları olduğu üçün bundan daha üzü ağ çıxdı. Ancaq bəzi universitetlərdə hələ də görülməli olan işlər çoxdur. Yəqin onlayn təhsillə bağlı qanunvericilik bazasının təkmilləşməsi, onlayn əsaslı kurrikulumun daha səmərəli formada olması üzərində işlənilməsi, müəllimlərin onlayn təhsillə bağlı təlimlərdə iştirak etməsi daha vacibdir. Bəzi müəllimlərdə onlayn alətlərdən daha səmərəli istifadəni təəssüf ki, görmürük. Görülməli olan işlər daha çoxdur. İndi də işlər görülür, Təhsil Nazirliyinin bu məsələlərlə bağlı xüsusi platforması var. Ümid edirik ki, sentyabrda dərslərə pandemiyadan əvvəlki formada başlayacağıq, ancaq hər bir halda işlər görülür”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam