Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb

 

 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva COVID-19 xəstəliyindən müalicəsi davam edən Əməkdar artist Bəhram Bağırzadə ilə telefonla danışıb.

Yenixeber.org: Əməkdar artistə tezliklə sağalmağı arzulayan Mehriban Əliyeva ölkəmizdə COVID-19-la mübarizədə, xəstələrin müalicəsində Azərbaycan həkimlərinin, tibb işçilərinin fədakar əməyini xüsusilə qeyd edib.

Bəhram Bağırzadə onun müalicəsi üçün göstərilən dəstək və səylərə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. Tezliklə sağalacağına inandığını deyən Bəhram Bağırzadə hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini hiss etdiyini qeyd edib.

Xatırladaq ki, koronavirusa yoluxan və xüsusi rejimli xəstəxanaya yerləşdirilən Bəhram Bağırzadənin vəziyyəti bir müddət ağırlaşmışdı. Aparılan intensiv müalicə nəticəsində Əməkdar artistin səhhətində artıq müsbət dinamika və stabilləşmə qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam