Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Gürcüstanda-məhdudiyyətlərin müddəti ilin sonunadək uzadıldı

 

 Gürcüstan hökumətinin ölkə ərazisində fövqəladə vəziyyət elan olunmadan məhdudiyyətlər tətbiq etmək səlahiyyətinin müddəti 2021-ci ilin yanvarın 1-dək uzadılıb.

Yenixeber.org: Yerli büromuz xəbər verir ki, ölkə parlamenti bununla bağlı “İctimai sağlamlıq” haqqında qanuna düzəlişlər layihəsini 79 səslə təsdiqləyib.

Qanuna əsasən, hökumət  bu ilin sonunadək vətəndaşların hərəkəti, onların iqtisadi fəaliyyətini məhdudlaşdıra, həmçinin kütləvi tədbirlərin keçirilməsini qadağa edə bilər.  

Hökumət həmçinin insanları karantin və ya özünütəcridə göndərmək hüququna da malik olacaq.

Qeyd edək ki, Gürcüstan hökumətinin koronavirusun yayılmasının qarşısının alınması üçün məhdudiyyətlər tətbiq etmək səlahiyyəti iyulun 15-də başa çatır.

Qonşu ölkə COVID-19 pandemiyasının ikinci dalğasını gözləyir və hökumət epidemioloqlarla birgə onun qarşısını almağa hazırlaşır.(report) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam