Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Koronavirus peyvəndinin sınaqları -müsbət nəticələr verdi

Koronavirus peyvəndinin sınaqları müsbət nəticələr verdi
Oksford Universitetinin tədqiqatçılar qrupu, İngilis-İsveç dərman şirkəti olan “AstraZeneca”nın köməyi ilə hazırladıqları koronavirus peyvəndinin sınaqlarının ilk müsbət nəticələrini alıblar.
Yenixeber.org: Bu barədə Britaniyanın İTV telekanalı məlumat yayıb.

Məlumata görə, mütəxəssislər peyvəndin immuniteti gücləndirdiyinə əmindirlər və daha ətraflı informasiyalar "Lancet" tibb jurnalında yayımlanacaq.

"Bu vəziyyətdə immunitet sisteminin reaksiyası həm antitellərin, həm də T hüceyrələri (limfositlər) ilə əlaqələndirilir. İndi bütün diqqət antitellərə yönəlib, lakin T hüceyrələrinin reaksiyasının koronavirusdan qorunmaq üçün vacib olduğuna dair getdikcə daha çox sübut var", - tədqiqatda iştirak edənlərdən biri deyib.

Eyni zamanda, peyvəndin effektivliyi yalnız Braziliyada davam edən üçüncü, son sınaq mərhələsi nəticəsində müəyyən edilə bilər.

Xatırladaq ki, Britaniyada peyvəndin klinik sınaqlarının ikinci mərhələsi 56 -69 yaşlarında, 70 yaşdan yuxarı vətəndaşlar və 5-12 yaşlı uşaqlar olan 10 mindən çox könüllünün iştirakı ilə başlanıb. İlk mərhələdə sınaqlar 18-dən 55 yaşa qədər mindən çox könüllünü əhatə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam