Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

XİN rəhbərlərinin telefon danışığı olub

 

 Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

Yenixeber.org: Bu barədə yerli büromuza Türkiyənin Xarici İşlər nazirinin mətbuat katibi Hami Aksoy bildirib.

O qeyd edib ki, Ceyhun Bayramova zəng edən Mövlud Çavuşoğlu onu Azərbaycanın Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və uğurlar diləyib.

Telefon danışığında iki ölkə arasındakı mövcud münasibətlərin daha da möhkəmləndirilməsi və bir millət iki dövlət prinsipi ilə davam etdirilməsi vurğulanıb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Ceyhun Bayramov səmimi təbrikinə görə həmkarına təşəkkür edib. O, qardaş Türkiyənin hər zaman Azərbaycana nümayiş etdirdiyi dəstəyi, o cümlədən Ermənistanın son hərbi təxribatı ilə bağlı verdiyi ədalətli bəyanatları yüksək qiymətləndirib və bu xüsusda minnətdarlığını ifadə edib.

Nazirlər tərəfindən iki qardaş ölkə arasında strateji əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişafı istiqamətində səylərin əsirgənilməyəcəyi vurğulanıb.(report)

Vüsalə Abbasova


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam