Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Putin -Təhlükəsizlik Şurasını topladı, Tovuzda baş verənlər müzakirə olundu

Putin Təhlükəsizlik Şurasını topladı, Tovuzda baş verənlər müzakirə olundu
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Ermənistan- Azərbaycanın sərhədindəki vəziyyəti müzakirə edib və Moskvanın vasitəçilik səylərinə hazır olduğu vurğulanıb.
Yenixeber.org: Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

"Davam edən eskalasiya ilə əlaqədar həddindən artıq narahatlıq ifadə edilib, tərəflərin təcili olaraq atəşkəs rejimini təmin etməsi və vasitəçiliyə hazırlıq vurğulanıb", - deyə Peskov bildirib.

Görüşdə parlamentin hər iki palatasının spikerləri - Valentina Matviyenko və Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev, Kreml administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Daxili İşlər naziri Vladimir Kolokoltsev və Xarici İşlər naziri Sergey Lavrov, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, digər rəsmilər iştirak ediblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam