Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İrəvan -Minsk qrupunun dəyişməsini istəmir

İrəvan Minsk qrupunun dəyişməsini istəmir
ATƏT-in Minsk qrupu əvvəlki kimi münaqişənin sülh yolu ilə həllinə sadiq qalır və sülh prosesinin irəliləməsi üçün bütün səylərini göstərir.
Yenixeber.org: Bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan "France 24"ə müsahibəsində deyib.

Onun fikrincə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin hər üçü - Rusiya, Fransa və ABŞ sülh danışıqlarına kömək etmək üçün səy göstərir.

“Onların ortaq işi çox vacibdir. Düşünürəm ki, həmsədrlərin rolu çox müsbətdir və Minsk Qrupunun dəyişməsi üçün heç bir səbəb görmürəm".

Ermənistan və Azərbaycan liderlərinin görüşünün nə vaxt gözlənilə biləcəyinə gəldikdə, Mnatsakanyan qeyd edib ki, İrəvan sülh prosesinin irəliləməsi üçün istənilən tədbirləri görməyə hazırdır. Mnatsakanyan əlavə edib ki, bu görüşlər sülh prosesinin ayrılmaz hissəsidir.

"Ancaq bunlar ehtiyatla hazırlanmalıdır və bunun üçün yaxşı bir zəmin yaradılmalıdır. Xarici işlər nazirləri bu işi həyata keçirirlər və görüş bunun üçün zəmin hazırlandıqda baş tutacaq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam