Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ermənistanda-2 230 uşaqda koronavirus aşkarlanıb

Ermənistanda son sutka ərzində daha 451 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 36 min 613-ə çatıb.

Yenixeber.org: Məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.

Qeyd olunub ki, göstərilən müddətdə həm də 4 xəstə ölüb və infeksiyadan həyatını itirənlərin sayı 692 nəfər olub.

İndiyədək 25 734 xəstə sağalıb. Hazırda Ermənistanda 9 969 aktiv koronavirus xəstəsi var.

Bu arada “Armenpress”Ermənistanda yeni növ koronavirus infeksiyasının aşkarlandığı uşaqların sayını açıqlayıb. Bildirilib ki, iyulun 17-nə olan məlumata əsasən, ölkədə 2 230 uşaqda COVID-19 aşkarlanıb.

Virusun aşkarlandığı uşaqlardan ən balacası 28 günlükdür.

1 134 uşağın vəziyyəti yüngül və orta qiymətləndirilir. Uşaqlardan birinin vəziyyəti son dərəcə ağır, 12 uşağın vəziyyəti isə ağırdır.

İnfeksiyanın aşkarlandığı uşaqlardan 1 231 nəfəri oğlan, 999 nəfəri qızdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam