Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ABŞ-ın Minnesota ştatında -Azərbaycana dəstək aksiyası keçirilib

ABŞ-ın Minnesota ştatında Azərbaycana dəstək aksiyası keçirilib

İyulun 27-də ABŞ-ın Minnisota ştatında ölkəmizin Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsi və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını indiyədək işğal altında saxlaması ilə bağlı etiraz aksiyası keçirilib.

Yenixeber.org: Ştatın paytaxtı olan Sent Pol (St Paul) şəhərində baş tutan aksiya Minnisota–Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilib. Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqlarının və müxtəlif şüarlar yazılmış posterlərin bərkidildiyi avtobil karvanı şəhərin küçələrində hərəkər etməklə yerli ictimaiyyətin diqqətini Azərbaycan həqiqətlərinə cəlb edib.

Şəhərin mərkəzində başa çatan avtomobil yürüşünün sonunda “Qarabağ Azərbaycandır!”, "Erməni təcavüzünə son!", "Ermənistanın işğalçı siyasətinə son!" "Qarabağı azad etməyin vaxtıdır!" şüarları səsləndirilib. Soydaşlarımız ABŞ Konqresindən, dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli addımlar atılmasını tələb ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam