Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiyada -mərmi partlayıb, ölən var

Rusiyada mərmi partlayıb, ölən var

Rusiyanın Kursk vilayətində partlayış baş verib.

Yenixeber.org: Bu barədə region administrasiyası məlumat yayıb.

Qeyd edilir ki, hadisə Qorşeçnoe qəsəbəsində qeydə alınıb. Zibilxana ərazisində İkinci dünya müharibəsindən qalmış mərmi partlayıb. Nəticədə bir kişi həlak olub.

Hadisə yerinə xüsusi xidmət orqanlarının əməkdaşları və minaaxtaranlar cəlb edilib.

İkinci dünya müharibəsinin və ümumiyyətlə tarixin ən qanlı döyüşlərindən biri Kursk şəhərində baş verib. SSRİ və Almaniyadan minlərlə tankın (SSRİ-dən 3300, Almaniyadan 2900) iştirak etdiyi Kursk döyüşü tarixə “tanklar savaşı” kimi daxil olub. Döyüş hitlerçilərin məğlubiyyəti ilə başa çatıb və bundan sonra Almaniya müdafiə mövqeyinə keçərək SSRİ-nin yeni-yeni ərazilərini ələ keçirmək planından birdəfəlik imtina edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam