Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Paşinyan - erməni diasporunun məğlubiyyətin etiraf edir

Paşinyan erməni diasporunun məğlubiyyətin etiraf edir
Ermənistanın baş nazir Nikol Paşinyan bir gün əvvəl Diasporla İş üzrə Komissarlığın 10-dan çox şöbə rəhbərini işdən çıxarıb.
Yenixeber.org: "Past” nəşri bunun səbəblərinə aydınlıq gətirib.

Məlumata əsasən, Paşinyan qurumun səmərəsiz fəaliyyəti ilə əlaqədar belə addım atıb.

“Xüsusilə Diasporla İş üzrə Komissarlıq Ermənistan-Azərbaycan qarşıdurmaları günlərində, böyük erməni diasporlarının olduğu ölkələrdə kifayət qədər passivlik nümayiş etdirib.
Qurumun rəhbəri Zare Sinanyanın özü isə sanki yerin altına girmişdi", - deyə nəşr yazıb.

Hökumətdəki mənbəyə görə, Paşinyan bu yaxınlarda Sinanyan ilə olduqca sərt söhbət aparıb, diaspor siyasətini tamamilə uğursuz vəziyyətə saldığı üçün onun fəaliyyətini tənqid edib. Bildirilib ki, hazırda Ermənistan-diaspor münasibətlərində olduqca kövrək vəziyyət yaranıb.

Söhbətin sonunda Paşinyan komissara tapşırıb ki, diasporun müxtəlif dairələrində əhval-ruhiyyəni anlasın və vəziyyətin bütün təfərrüatları barədə şəxsən ona məlumat versin.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam