Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Moldova Prezidenti -Rusiyaya səfər edib

Moldova Prezidenti Rusiyaya səfər edib

Moldova Prezidenti İqor Dodon Moskvaya səfər edib.

Yenixeber.org: Bu barədə Prezident Dodon rəsmi "Facebook" səhifəsində məlumat verib. 

"Mən Moskvaya qısa işgüzar səfərə gəldim. Burada Rusiya rəsmiləri ilə görüşmək və onlarla qarşılıqlı maraq doğuran bütün sahələrdə, o cümlədən Moldova-Rusiya əməkdaşlığının intensivləşməsi və dərinləşməsini müzakirə etmək niyyətindəyəm", - deyə İqor Dodon qeyd edib.

Moldova Prezidenti iqtisadi əməkdaşlıq, ölkəsinin mallarının Rusiya bazarına ixracının sadələşdirilməsi, Rusiyadan 200 milyon avro kreditin alınması ilə bağlı danışıqların bərpa edilməsi, Rusiyadakı Moldova diasporuna dəstək mövzularında müzakirələr aparacağını əlavə edib.

Qeyd edək ki, mayın 7-də Moldova Konstitusiya Məhkəməsi respublikanın Rusiya Federasiyasından 200 milyon avro məbləğində kredit almasına dair razılaşmanı konstitusiyaya zidd elan edib.

Bir müddət öncə isə ölkənin Baş nazir İon Kiku  bildirib ki, hakimiyyət Kreml ilə maliyyə dəstəyi barədə danışıqları bərpa etmək niyyətindədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam