Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Jirinovski Lukaşenkoya çağırış etdi-"Seçkidən geri çəkilsə yaxşıdır"

 

 Rusiyanın Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Belarus Prezidenti Aleksandr Lukaşenkonu həbs edilmiş namizədləri azad etməyə və seçkidən çəkilməyə çağırıb.
Yenixeber.org: “RİA-Novosti” xəbər verir ki, partiya sədri vətəndaşların Lulaşenkonun yenidən prezident seçilməsini istəmədiyini deyib.

"Vətəndaşların onun növbəti dəfə prezident seçilməsini istəmədiyini gördüyü üçün, seçkidən geri çəkilsə yaxşıdır. Və ya həbs olunanların hamısını, prezidentliyə namizədləri azad etməli, onlar qeydiyyata alınıb, 9 avqustda seçkilərə getməlidir. Bununla ölkə başqa bir prezident seçəcək və o, məğlubiyyəti qəbul edəcək. Bütün Belarus sakinlərini sakitləşdirmək üçün bu, daha yaxşı olar, baxmayaraq ki, biz digər namizədlərin real proqramını bilmirik", - deyə rusiyalı siyasətçi əlavə edib.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçiriləcək, beş nəfər namizəd kimi qeydə alınıb. Lukaşenko altıncı müddətə namizəddir.

Belarusun Mərkəzi Seçki Komissiyası hazırda həbsdə olan iki siyasətçinin – “Belqazprombank”ın keçmiş rəhbəri Viktor Babariko və Hi-Tech Park administrasiyasının keçmiş rəhbəri Valeri Tsepkalonu prezidentliyə namizəd kimi qeydiyyata almayıb. Bu qərardan sonra ölkədə kütləvi icazəsiz aksiyalar keçirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam