Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Zukerberqin sərvəti -100 milyard dolları ötüb

Zukerberqin sərvəti 100 milyard dolları ötüb

Dünyanın ən varlı insanlarından biri, “Facebook” sosial şəbəkəsinin yaradıcılarından olan Mark Zukerberqin sərvəti ilk dəfə 100 milyard ABŞ dolları həddini keçib.

Yenixeber.org: Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bu, “TikTok”a rəqib olan proqramın işə düşməsindən sonra “Facebook”un səhmlərinin bahalaşması nəticəsində olub.

Agentliyin vurğuladığına görə, “Bloomberg Billionaires Index”ə (BBI) əsasən, Zukerberqdən başqa, “Amazon” şirkətinin direktoru Ceff Bezos və “Microsoft”un baş direktoru Bill Geytsin sərvəti 100 milyard ABŞ dollarından çoxdur.

Bundan əlavə, agentlik bu il Zukerberqin 22 milyard, Bezosun isə 75 milyard ABŞ dolları həcmində varlandığını qeyd edib.

Xatırladaq ki, avqustun 5-də “Facebook” qısa video servisi olan “Instagram Reels”in istifadəyə verildiyini elan edib. Bundan sonra avqustun 6-da “Facebook”un səhmləri 6,49% bahalaşaraq bir səhm üçün 265,28 ABŞ dollarına yüksəlib. Şirkət nümayəndəsinin bildirdiyinə görə, “Reels” dünyanın 50-dən çox ölkəsində, o cümlədən ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya, Böyük Britaniya, Yaponiya, Avstraliya və digər ölkələrdə işləyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam