Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ÜST Rusiya peyvəndi ilə bağlı -araşdırma aparacaq

ÜST Rusiya peyvəndi ilə bağlı araşdırma aparacaq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusa qarşı vaksinlərin hazırlanması istiqamətində bütün nailiyyətləri alqışlayır və Rusiya peyvəndinin sınaqları ilə bağlı məlumatları yoxlamaq niyyətindədir.
Yenixeber.org: Bu barədə ÜST-ün açıqlamasında deyilir.

Qeyd edilib ki, təşkilat peyvəndlə bağlı tədqiqatların müəyyən olunmuş prosedurlara uyğun aparılmasına əmin olmaq niyyətindədir, eyni zamanda, dərmanın təhlükəsizliyini və effektivliyini qiymətləndirməyə hazırdır.

Bununla yanaşı, ÜST mütəxəssisləri Rusiya alimləri ilə əlaqə saxlayır.

Xatırladaq ki, Rusiyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyata alınmasını avqustun 11-də Prezident Vladimir Putin elan edib. Onun sözlərinə görə, Rusiya COVID-19-a qarşı dərmanı qeydə alan ilk ölkədir və vaksin olduqca təsirli işləyir, bütün lazımi testlərdən keçib.

Ölkənin koronavirusa qarşı mübarizə qərargahından bildirilib ki, peyvənd 1 yanvar 2021-ci ildə dövriyyəyə buraxılacaq. Rusiyada hazırlanan koronavirus peyvəndinə “Sputnik V” adı qoyulub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam