Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Belarusdakı etirazçılara ABŞ-dan dəstək gəldi-RƏSMİ

 

 ABŞ dövlət katibi Mayk Pompeo Belarusda seçkilərin ədalətsiz keçirildiyini deyib və bu ölkənin gələcək taleyi üçün qorxularını dilə gətirib.
Yenixeber.org: Bu barədə TASS agentliyi məlumat yayıb.

“Orada ədalətsiz seçkilər keçirildi. Belarusiyalılar ürəyimizdədir. Etirazları izlədik və nümayişçilərin təhlükəsizlik qüvvələrinin hücumlarından qorunmasını istədik. Biz bundan sonra da tələb etməyə davam edəcəyik",- deyə Pompeo bildirib.

Dövlət katibi əlavə edib ki, ABŞ Belarusdakı demokratik qüvvələrə dəstəyini davam etdirəcək.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 26 ildən artıq müddətə ölkəyə rəhbərlik edən Aleksandr Lukaşenko seçkidə qələbə qazanıb. Müxalifət təmsilçiləri seçkinin nəticələrini tanımayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam