Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Aİ liderləri sammit keçirəcəklər-SƏBƏB

 

 Avropa İttifaqının dövlət və hökumət başçıları Belarusdakı vəziyyəti müzakirə etmək üçün avqustun 19-da videokonfrans formatında sammit keçirəcəklər.

Yenixeber.org: Bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel açıqlama verib.

“Mən bu həftənin çərşənbə günü saat 12:00-da Belarusdakı vəziyyəti müzakirə etmək üçün Avropa Şurası üzvlərinin iclasını çağıracağam”,- deyə Mişel tvitter hesabında qeyd edib.

O bildirib ki, Belarus xalqı öz gələcəyini müstəqil müəyyənləşdirmək və liderini sərbəst seçmək hüququna malikdir.

“Etirazçılara qarşı zorakılıq qəbuledilməzdir və buna yol verilməməlidir”,- Şarl Mişel əlavə edib.

Xatırladaq ki, avqustun 14-də Aİ-yə üzv ölkələrin Xarici İşlər nazirləri səviyyəsində Belarus ilə bağlı görüş keçirilib. Görüşün nəticəsi olaraq Avropa İttifaqı Belarusdakı seçkilərin nəticələrini qəbul etmədiyini açıqlayıb və Minskə qarşı yeni sanksiyaların tətbiqi üzərində işə başladığını elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam