Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Azərbaycana qarşı amansız olacağıq” –Almaniya yığmasının baş məşqçisi

 

1531152_original

“Qarşıdakı oyunlara hazırlaşmaq üçün çox vaxtımız olmadı. Bu amil bizə problem yarada bilər”.

Yenixeber.org:   Bunu Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.

Bu gün İngiltərə ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Bundestim 4 gündən sonra DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin qonağı olacaq.

Almaniya mətbuatına açıqlama verən Löv həm İngiltərə, həm də Azərbaycanla oyunları dəyərləndirib: “Seçmə mərhələdə son matçımızı 4 ay əvvəl keçirmişik. İngiltərə ilə oyunöncəsi isə hazırlıq keçmək üçün çox vaxtımız olmadı. Buna baxmayaraq, arzularımızı həyata keçirmək üçün hər cür çətinliklərin öhdəsindən gəlməyə hazır olmalıyıq. Bunun ardından Azərbaycanla önəmli oyunumuz olacaq. Hər matçda olduğu kimi, yenə keyfiyyətli oyun sərgiləməyə çalışacağıq və amansız olacağıq”.

Qeyd edək ki, Azərbaycan – Almaniya görüşü martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam