Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Azərbaycan İraqla futbol matçından imtina etdi -SƏBƏB?

AFFA iki ölkənin milli yığmaları arasında yoldaşlıq matçının keçirilməsindən imtina haqda İraq Futbol Assosiasiyasına məlumat verib.

Xeberinfo.com:   Bu barədə İraq kİV-i xəbər yayıb.

Məlumatda bildirilir ki, iraqlılar görüşü 18 martda keçirməyi təklif edirdilər. Əvvəlcə onlar Azərbaycan yığmasını Tehrana, harada ki, İraq milli komandası dünya çempionatı-2018-in seçmə oyunları çərçivəsində 23 martda Avstraliya ilə nəzərdə tutulmuş matça hazırlaşlər, dəvət edirdilər. Ancaq sonra İraq tərəfi Bakıya gəlməyə razı idi və hətta, İraq saytlarının xəbərinə görə, AFFA-dan ilkin razılıq da almışdı. Lakin sonra Azərbaycan, milli çempionatdakı sıx qrafikə istinad edərək, bundan imtina etdi: 18-19 martda Azərbaycan premyer-liqasının 23-cü turunun matçları olacaq, 20 martdan isə DÇ-2018-in seçmə oyunları çərçivəsində Almaniya ilə ayın 26-da Bakıda keçiriləcək matça hazırlıq başlayır.

İraq yığması sparinq-ortaq axtarışlarını davam etdirir. Xatırladaq ki, daha əvvəl İraq, Livan və Tacikistan da iraqlılarla oyundan imtina edib.

Azərbaycanın yığması isə, məlum olduğu kimi, 9 martda Dohada Qətər yığması ilə yoldaşlıq görüşü keçirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam