Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“MDB-də olan münaqişələri həll etmək lazımdır” –Belarus prezidenti

“MDB ölkələri postsovet məkanında mövcud olan münaqişələrin həllində aktiv rol oynamalıdır”.

Yenixeber.org:  Bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Mir” kanalına müsahibəsində deyib.

O bildirib ki, bu münaqişələrin həllində insanların maraqlarından çıxış etmək lazımdır:

“Biz MDB çərçivəsində Dnestryanı, Dağlıq Qarabağ və Donbas məsələsini həll etməliyik. Amma bunu etmirik. Ona görə yox ki, bunu etmək olmaz, ona görə ki, müxtəlif maraqlar mövcuddur. Problem isə həll olunmalıdır. Dağlıq Qarabağda müəyyən müharibə problemləri ilə üzləşən insanlar yaxşı yaşayırlar? Onlar sadəcə yaşayırlar və gözləyirlər ki, sabah nə baş verəcək, başlarına bomba düşəcəkmi. Bu normaldır? Normal deyil. Bu kimə faydalıdır? Heç kimə.

Gələcəyə baxmazdan əvvəl MDB-də olan bu münaqişələri həll etmək lazımdır. Bu məsələləri həll etməklə, işləməli olduğumuz yeni strateji istiqamətləri görəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam