Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Tillerson ABŞ-ın Suriyaya dair prioritetlərini açıqladı

“İŞİD terror qruplaşması ilə mübarizə ABŞ-ın əsas prioritetidir”.

 Yenixeber.org:  Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson deyib.

“Hesab edirik ki, bizim birinci dərəcəli prioritet  İŞİD üzərində qələbədir”, – deyə Tillerson CBS telekanalının müxbirinin ABŞ-ın Suriyaya qoşun yeritmək planının olub-olmamasına dair sualına cavab verərkən bildirib.

“Düşünürəm ki, İŞİD təhlükəsi azaldıqdan və ya ləğv edildikdən sonra diqqətimizi artıq Suriyada  vəziyyətin sabitləşməsinə yönəldə bilərik”, – deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson ötən həftə Ankarada rəsmi səfərdə olarkən bəyan edib ki, Suriya prezidenti Bəşər Əsədin taleyini yalnız Suriya xalqı həll etməlidir. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli isə Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasının artıq ABŞ üçün prioritet olmadığını qeyd etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam