Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Əsəd rejiminin sonu çatıb”-REKS TİLLERSON

Reks Tillerson

 

“Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsi nizamlı olmalıdır”.

Yenixeber.org:  Bunu ABŞ dövlət katibi Reks Tillerson rusiyalı həmkarı Sergey Lavrovla apardığı danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

“Biz həqiqətən də Əsədin gələcək rolu barədə danışdıq. Onun siyasi prosesdə iştirakı ya da siyasi prosesdə iştirak etməməsi barədə danışdıq. Bizim mövqeyimiz ondan ibarətdir ki, Əsəd rejiminin sonu çatıb. Onlar özləri bunda günahkardırlar. Öz davranışları və bir neçə illər ərzində davam edən müharibə onların  günahıdır” - deyə ABŞ dövlət katibi qeyd edib.

Reks Tillerson Moskvanı Əsədə reallığı anlatmağa kömək etməyə çağırıb: “Bizim mövqeyimiz odur ki, Rusiya Əsədin daha yaxın müttəfiqidir və Rusiya Əsədə bu reallığı anlatmağa kömək edə bilər. Hesab edirik ki, Əsədin hakimiyyətdən getməsi struktur və nizamlı şəkildə həyata keçməlidir. Bu çox vacibdir ki, onun təmsil etdiyi icmanın maraqları danışıqlar masasında təmsil olunsun”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam